ABŞ dövlət katibi Mayk Pompeo Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Bu barədə Dövlət Departamentinin məlumatında deyilir.
Pompeo zorakılığın azaldılması və ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə nail olunması üçün liderləri öhdəliklərini yerinə yetirməyə çağırıb. O, həmçinin münaqişənin hərbi yolla həllinin olmadığını bildirib”, - deyə məlumatda qeyd olunur.*