Ermənistan öz əsgərlərinin meyitlərinə sahib çıxmır. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin əsgərlərinin cəsədlərini qaytarmağa hazır olduğunu bildirsə də, onlar bu günə qədər buna cavab verməyib. Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsi və Gürcüstan vasitəsi ilə bu cəsədlərin bir qisminin və iki nəfər erməni mülki şəxsin (onların biri qadın, digəri isə kişidir, yaşları 80-dən yuxarıdır) təhvil verilməsini istəyib. Ermənistan tərəfi bunu da cavabsız qoyub", - deyə o, bu gün brifinqdə bildirib.*
B.Rüstəmbəyov