Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azrbaycanın beş rayonunun əraziləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.
Belə ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub», - məlumatda qeyd olunur.
Bildirilir ki, həmçinin Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb. **
B.Rüstəmbəyov