Ermənistan silahlı qüvvələri “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi və mülki obyektləri raket atəşinə tutmaqda davam edir. Oktyabrın 28-da saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub”, - məlumatda deyilir.
Məlumata əsasən, xəsarət alanlar yoxdur. **
X.Nəsirzadə