Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb. Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb. Bundan başqa, 415 mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2338 yaşayış evi yarasız hala düşüb”, - deyə məlumatda bildirilir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.**
X.Nəsirzadə