İranın xarici işlər nazirinin müavini Abbas Arakçı çərşənbə axşamı Bakıya gəlib. Bu barədə İran İnformasiya Agentliyi (İRNA) məlumat verir.
“Abbas Arakçı Dağlıq Qarabağ münaqişəsinin və bütövlükdə regionda iki ölkə arasında davamlı sülhə nail olmaq məqsədilə Azərbaycanla Ermənistan arasında davam edən qarşıdurmanın nizamlanması üzrə İranın təşəbbüsünün irəli sürülməsi üçün Bakıya gəlib”, - məlumatda qeyd olunur.
İRNA qeyd edir ki, Arakçı münaqişənin sülh yolu ilə həlli planının müzakirə məqsədilə Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirməyi planlaşdırır.
“Bu planın bir neçə mərhələdə reallaşdırılması davamlı sülhə gətirə bilər və mövcud münaqişələrə, və əlbəttə ki, Azərbaycan ərazilərinin işğalına qon qoya bilər. Təşəbbüsün əsas mövzusu münaqişənin dayandırılması və sülhün təminatı üçün nüfuzlu ölkələrin köməyi ilə dialoqa başlamaqdır”, - Arakçı qeyd edib.
Eyni zamanda, nazir müavini vurğulayıb ki, Azərbaycanın və digər ölkələrin ərazi bütövlüyü, həmçinin sərhədlərinin toxunulmazlığı danılmaz məsələdir.
O cümlədən, Arakçı qeyd edib ki, İran və Azərbaycan dost ölkələrdir və əlavə edib ki, Tehran Bakının işğal olunmuş torpaqlarının və şəhərlərinin azad edilməsi üzrə səylərini dəstəkləyir. **
X.Nəsirzadə