RF prezidenti Vladimir Putin ilə Türkiyənin prezienti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində Türkiyənin iştirakı müzakirə olunmayıb. Bu barədə RF prezidentini mətbuat katibi Dmitri Peskov deyib.
“Bu mövzu gündəliyə daxil olmayıb”, - Peskov jurnalistlərə bildriib.
Oktyabrın 27-də Rusiya və Türkiyə prezidentlər arasında telefon danışığı baş tutub.
Peskov xatırladıb ki, dünən Ankaranın danışıqlar prosesinə cəlb olunması məsələsi üzrə mövqeyi izah edib. “Burada yeni elementlər yoxdur”, - o bildirib.
Münaqişə zonasında baş verənləri qiymətləndirərək, Peskov təəssüflə qeyd edib ki, davamlı atəşkəs yoxdur. “Onsuzda döyüşlər gedir, bu təəssüf və narahatlıq doğurur”, - mətbuat katibi bəyan edib. **