Ermənistan silahlı qüvvələri yenidən Bərdə şəhərini raket atəşinə tutub, ölən və xəsarət alanlar var. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib”, - məlumatda deyilir.
Dünən Ermənistan silahlı qüvvələri Bərdə şəhərinə raket zərbəsi endirib. Nəticədə, 4 nəfər həlak olub, 13 nəfər yaralanıb. **