Bərdə rayonunun raket atəşinə tutulması beynəlxalq humanitar huququn kobud şəkildə pozulmasıdır. Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov belə hesab edir.
“Dinc insanların ölümü ilə nəticələnən Azərbaycanın Bərdə rayonunun raket atəşinə məruz qalması ilə əlaqədar xəbəri böyük təşviş və təəssüf ilə qarşıladım. Bu cür aktlar beynəlxalq humanitar hüququ və atəşkəsə dair mövcud razılıqları pozur”, - səfirin bəyanatında deyilir. **