Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çərşənbə günü bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinə Dağlıq Qarabağda münaqişəni birlikdə həll etməyi təklif edib. Bu barədə Anadolu agentliyi məlumat verir.
“Mən Qafqazda münaqişəni birlikdə həll etməyə çağırdım”, agentlik Ərdoğanın sözlərindən sitat gətirir. O əlavə edib ki, Putin ilə söhbət pozitiv olub.
Ərdoğanın sözlərinə görə, o, Ankarının nöqteyi-nəzərindən hadisələrin hansı inkişaf variantlarının qətiyyən qəbuledilməz olduğu barədə həmsöhbətinə məlumat verib. **