Oktyabrın 28-də Bərdə şəhərinin raket atəşinə tutulması nəticəsində 3 nəfər dinc sakin həlak olub. Bu barədə Baş Prokurorluqdan məlumat verilir.
“2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 3 nəfər həlak olub, bir neçə şəxs isə xəsarət alıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib”, - Baş Prokurorluqdan bildirilib. **
B.Rüstəmbəyov