Oktyabrın 28-də Bərdə şəhərinin raket atəşinə tutması nəticəsində ölənlərin sayı 19-a çatıb, 60-dan artıq şəxs yaralanıb. Bu barədə Baş Prokurorluq məlumat verir.
Xəbər verildiyi kimi, oktyabrın 28-də saat 13:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə kaset bombalarından istifadə edilməklə zərbələr endirilib. **
B.Rüstəmbəyov