Ermənistan mətbuatının Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə yaydığı xəbər dezinformasiyadır. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin guya atəşə tutulması barədə xəbəri məqsədyönlü şəkildə yayılan dezinformasiyadır. Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, oktyabrın 28-də Bərdə şəhərinin raket atəşinə tutması nəticəsində ölənlərin sayı 19-a çatıb, 60-dan artıq şəxs yaralanıb. **
B.Rüstəmbəyov