Azərbaycan prezidenti İlham Əliyev Bərdə şəhərinə raket hücumu nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
“Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”, - İlham Əliyev rəsmi Twitter hesabında qeyd edib. **
X.Nəsirzadə