İrəvan həlak olanların meyitlərinin dəyişdirilməsi çərçivəsində həlak olmuş erməni hərbçilərinin meyitlərini götürməkdən imtina edir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Həlak olanların meyitləri və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət çoxdan gedir. Prinsip etibarilə, ilk dəfə bu mövzu oktyabrın 10-da Moskvada humanitar fikirlərə əsasən səsləndirilib. Biz dəfələrlə BQXK ilə əlaqə saxlamışıq ki, mübadilə həyata keçirək. Bununla belə, detallar barədə danışacağam. Mən tapşırıq verdim ki, həlak olmuş erməni hərbçilərinin meyitləri maksimum dərəcədə saxlanılsın, yəni refrijeratorlarda, soyuq yerlərdə. Və hər dəfə Ermənistan tərəfi imtina edir”, - Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə müsahibəsində bildirib.
Prezident əlavə edib ki, Azərbaycan tərəfi istənilən halda ölənlərin meyitlərini Ermənistan tərəfinə təhvil verəcək.
“İndi onların mülki şəxslərinin və həlak olanların Gürcüstan ərazisi ilə təhvil verilməsi məsələsi üzərində iş gedir. Lakin onlar bunu qəbul etməsələr, mən bilmirəm, nə edək. Görün, biz kiminlə döyüşürük, başa düşürsünüz. Bunu hər kəs anlamalıdır”, - Azərbaycan prezidenti deyib. **
A.Əzizov