Çərşənbə günü Rusiya və Fransanın xarici işılər nazirləri Sergey Lavrov və Jan-İv Le Drian ilə telefon danışığı zamanı Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər , münaqişə tərəflərini atəşkəsə çağırıblar. Bu barədə RF XİN-dən məlumat verilir.
“Söhbət zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin inkişafını ətraflı müzakirə ediblər, arası kəsilməyən hərbi əməliyyatlarla əlaqədar ciddi arahatlıq ifadə ediblər və qarşıdurma tərəflərini tezliklə və tam atəşkəsə və gərginliyin azalmasına çağırıblar. Münaqişənin diplomatik həllinə alternativin olmadığı və ATƏT-in Minsk qrupunun gələcəkdə razılaşdırılmış fəaliyyətinin zərurliyi vurğulanıb. Gələcəkdə vəziyyətin mümkün inkişaf ssenariləri nəzərdən keçirilib”, - XİN-in saytında dərc olunan məlumatda deyilir.
“Lavrov və Jan-İv Le Drian münaqişə tərəflərinin hərbi əməliyyatların dayandırılması ilə bağlı siyasi iradənin ifadə olunmasının vacibliyini xüsusi qeyd ediblər”, - RF XİN-dən vurğulanıb. **