Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərinə mülki əhalinin müdafiəsi ilə bağlı öhdəliklərini xatırladıb və onları dərhal sülh yolu ilə nizamlanma üzrə məzmunlu danışıqlara başlamağa çağırıb.
"Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş üç atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların davam etməsini yolverilməz hesab edir və dinc sakinlər arasında itkilərlə bağlı getdikcə daha çox məlumat yayılır", - deyə Avropa Xarici Siyasət Xidmətinin rəsmisi bu gün bildirib.
"Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhalinin müdafiəsi üzrə öhdəliklərini xatırladır. Aİ tərəfləri oktyabrın 25-də Vaşinqtonda razılaşdırıldığı kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair dərhal məzmunlu danışıqlara başlamağa çağırır", - deyə bəyanatda qeyd olunur.*