Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə oktyabrın 29-na planlaşdırılan görüşünün vaxtı oktyabrın 30-na dəyişdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
“C.Bayramovun həmsədrlərlə görüşünün vaxtı sabaha dəyişdirilib. Hazırda Azərbaycan tərəfi görüşün yeni tarixini razılaşdırır”, - deyə o bildirib.
L.Abdullayeva dəqiqləşdirib ki, söhbət yalnız XİN başçısının Cenevrədə həmsədrlərlə görüşündən gedir.*