Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarının yaşayış məntəqələrini raket və artilleriya qurğularından atəşə tutması nəticəsində 90 dinc vətəndaş həlak olub. Bunu baş prokuror Kamran Əliyev deyib.
“27 sentyabrdan bu günə 90 dinc əhali erməni terrorunun qurbanı olub. Yaxın tarixə nəzər salsaq, görərik ki, bu kimi bəşəriyyət əleyhinə törədilən cinayətləri, hərbi, müharibə cinayətlərini törətmiş bütün şəxslər gec-tez cinayət məsuliyyətinə cəlb olunublar və beynəlxalq tribunal qarşısında cavab veriblər”, - deyə o, bu gün Bərdəyə səfəri zamanı jurnalistlərə bildirib.*
X.Nəsirzadə