Bakı erməni hərbçilərin meyitlərinin bir hissəsini Yerevana verib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
“Azərbaycan 30-a yaxın erməni əsgər və zabitinin meyitini təhvil verib”, – deyə H.Hacıyev bu gün Tərtərdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Bakı, həmçinin iki yaşlı ermənini də Yerevana təhvil verib.
H.Hacıyev qeyd edib ki, Bakı erməni hərbçilərin meyitlərinin təhvil verilməsi prosesinin təşkilinə görə Rusiya Müdafiə Nazirliyinə və şəxsən müdafiə naziri Sergey Şoyquya öz təşəkkürünü bildirir.*
X.Nəsirzadə