Sentyabrın 27-dən bu günə qədər prokurorluq orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri ilə bağlı 45 cinayət işi başlanıb. Bu barədə baş prokuror Kamran Əliyev məlumat verib.
“Sentyabrın 27-dən bu günə qədər prokurorluq orqanları tərəfindən 45 cinayət işi başlanıb. Hər bir iş üzrə istintaq-əməliyyat qrupları işləyir”, - deyə o, bu gün Tərtərdə keçirilən brifinqdə bildirib.
Baş prokurorun sözlərinə görə, bu faktlar hamısı bir icraatda birləşməli olacaq. Çünki cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Azərbaycanın hərbi əməliyyatların getdiyi zonadan kənarda yerləşən şəhər və rayonlarının dinc əhalisinə qarşı törədilib.
“Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunacağı gün uzaqda deyil. Tarixdə olmayıb ki, belə cinayətləri törədən şəxslər məsuliyyətdən kənarda qalsın”, - deyə K.Əliyev vurğulayıb.*
X.Nəsirzadə