Bərdə rayonunun raket atəşinə tutulması nəticəsində Bərdə şəhərinin infrastrukturuna xeyli ziyan dəyib. Bunu rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev deyib.
"Ermənistan silahlı qüvvələrinin raket zərbəsi nəticəsində 30 ticarət obyekti dağıdılıb, 4 dövlət binasına xeyli ziyan dəyib, 32 avtomobil yanıb", - deyə İsayev bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, Bərdə şəhəri erməni hərbçilər tərəfindən hücum üçün təsadüfən seçilməyib.
"Bərdə Gəncədən sonra böyük infrastruktura malik ikinci şəhərdir. Azərbaycanın ətraf rayonlarının ticarətlə məşğul olan bir çox sakinləri şəhərimizə gəlirlər. Dünənki raket hücumundan zərər çəkənlər arasında Bərdə sakinləri ilə yanaşı, Gəncə, Goranboy, Qəbələ və Ağdam sakinləri də var", - deyə İsayev bildirib.*
B.Rüstəmbəyov