Ermənistan öz əməlləri ilə göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil. Bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov bu gün keçirilən brifinqdə deyib.
“Ermənistan danışıqlar ərəfəsində Bərdə şəhərinə iki dəfə raket zərbəsi endirib. Bu, onu göstərir ki, Ermənistan danışıqlar istəmir və məsələnin hərbi yolla həllini davam etdirmək niyyətindədir. Həmçinin onun erməni hərbçilərin meyitlərini götürmək istəməməsi faktı da bunu sübut edir”, - deyə o bildirib.
Əmirbəyov əlavə edib ki, sentyabrın 27-dən indiyədək Ermənistan ordusunun hücumları nəticəsində Tərtərdə 17 mülki şəxs həyatını itirib.
Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.*
Ə.Məmmədov