Azərbaycanda koronavirus infeksiyasına daha 1 015 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 53 min 152-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib, ölənlərin ümumi sayı 708 nəfərə çatıb.
Virusa yoluxmuş 42 min 516 nəfər (sutka ərzində +483) müalicə olunaraq sağalıb.
Hazırda 10 min 636 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11,813 min, hazırkı dövrədək isə 1 milyon 331 min 287 test aparılıb.*
X.Nəsirzadə