"AFB Bank" 2020-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 4,6% - 548,468 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 434,407 milyon manata (artım 18,7% - İF), istehlak kreditləri 35,905 milyon manata (artım 6,7%), biznes kreditləri 357,458 milyon manata (artım 22,7%) bərabərdir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 469,741 milyon manat (azalma 5%) təşkil edir.
Oktyabr ayının əvvəlinə bankda depozitlər 364,816 milyon manat (azalma 3,9%), fiziki şəxslərin əmanətləri 31,947 milyon manat (artım 7,4%) məbləğindədir.
Hesabat dövrünün sonuna “AFB Bank”ın kapitalı 78 milyon 727,45 min manat (azalma 2,2%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edib.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 1 milyon 774,74 min manat (2019-cu ilin analoji dövrünün göstəricisi ilə müqayisədə azalma 59,5% - İF) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərin həcminə görə ölkənin 20 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
Ə.Məmmədov