Nazirlər Kabineti təhsil müəssisələrində tədris prosesinin distant formada təşkil olunmasına dair qərar qəbul edib.
Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant formada təşkil olunacaq.
Qeyd edək ki, respublikada xüsusi karantin rejiminin müddəti 1 dekabr saat 06:00-dək uzadılıb.*
B.Rüstəmbəyov