Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan oktyabrın 30-da Cenevrəyə gedəcək. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, erməni nazir Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
O qeyd edib ki, bu dəqiqələrdə Mnatsakanyan Yerevanda İranın xarici işlər nazirinin müavini Abbas Arakçi ilə görüşür.*