Cümə günü səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələri yenidən atəşə tutulur. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur”, - məlumatda deyilir.
Məlumata əsasən, Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür. **
X.Nəsirzadə