Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərinə kasetli raketlərlə zərbələr endirib. Bu barədə “Human Rights Watch" təşkilatı məlumat verir.
"Human Rights Watch" kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib. (...) kasetli döyüş sursatları ilə “Smerç” raketi və paraşütlü qəlpə-fuqas raketinin qalıqları müəyyən edilib. "Human Rights Watch" məlum olduğu qədər, Ermənistanın silahlanmasında “Smerç” raket qurğuları mövcuddur, Dağlıq Qarabağdakı qüvvələrdə isə yoxdur. . Çox böyük ehtimalla qeyd etmək olar ki, bu hücumu Ermənistan silahlı qüvvələri həyata keçirib və ya Dağlıq Qarabağdakı qüvvələri bu döyüş sursatı ilə təmin edib», - təşkilatın bəyanatında qeyd olunur.
"Human Rights Watch" Ermənistanı kaset döyüş sursatlarından istifadəni və ya onların Dağlıq Qarabağa tədarükünü dərhal dayandırmağa çağırıb. **
Ə.Məmmədov