Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Dağlıq Qaraağda erməni mövqelərinə Azərbaycan hərbçilərinin hücumuna dair bəyanatı təkzib edir.
“Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb. Rəsmi olaraq bəyan edirik ki, bu xəbər növbəti dezinformasiyadır və Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir hücum cəhdi olmayıb”, - MN-nin məlumatında deyilir. **
B.Rüstəmbəyov