Azərbaycanın bank sektorunda vəziyyət proqnozlaşdırılandan daha yaxşıdır. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
“Bu gün biz 9 ayın yekunları üzrə bank bazarında vəziyyətin geniş və dərin analizini davam etdiririk. Düşünürəm ki, yaxın günlərdə ictimaiyyətə dah ətraflı məlumatlar təqdim edə biləcəyik. Deyə bilərəm ki, vəziyyət mart ayında stress-testlərin yekunları üzrə proqnozlaşdırılandan daha yaxşıdır. İkiqat kapital buferi saxlanılır”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib.
Həmçinin, Rüstəmov qeyd edib ki, bankların kredit porteflində azalma müşahidə olunur, bu da pandemiyanın təsiri ilə izah edilir.
“Bizdə kreditlər üzrə göstəricilər pisləşib, lakin bu normaldır. Pandemiyadan zərər görən sahələrdə, həmçinin istehlak kreditləşməsində pisləşmə müşahidə olunur. Lakin bu azalma cüzidir, və bütövlükdə vəziyyətə güclü təsir etməyəcək”, - AMB-keçir sədri qeyd edib.
Onun sözlərinə görə, tənzimləyici “müxtəlif ssenarilərə hazır olmaq üçün” stress-testləri davam etdirəcək. **
Ə.Məmmədov