Oktyabrın 29-da Nazirlər Kabinetinin Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən dekabrın 1-dək tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil olunmaslına dair qərara əsasən, bütün şagirdlərin VPN proqramlar olmadan tədris platformalarına girişi təmin olunacaq. Bunu təhsil naziri Emin Əmrullayev deyib.
“Son zamanlar bəzi onlayn platformaların təıkmilləşdirilməsi ilə əlaqədar böyük iş görürüb. Xüsusilə, müvafiq qdövlət strukturları ilə Teams, Webex, Zoom platformalarının. Müxtəlif sınaqlar aparılıb. Səhvlərin aradan qaldırılması, xüsusilə, həmin platformalarda internet əlaqənin yaxşılaşdırılması ilə bağlı iş həyata keçirilib. Gələn həftədən həmin platformalarda iş VPN proqramlarından istifadə olunmadan aparılacaq”, - Əmrulayev cümə günü brifinqdə bildirib.
Bundan başqa, o məlumat verib ki, şagirdlərin 10-15%-nin texniki problemləri müşahidə olunur, həmin problemlərin aradan qaldırılması məqsədilə mütəmadi iş aparılır.
Həmçinin, nazir qeyd edib ki, distant təhsilə keçid tədris kursları və fərdi repetitorlara aid deyil.
“Qanunvericiliyə əsasən, repetitorlar və tədris kursları təıhsil müəssisələri deyil, buna görə onlar barəsində hər hansı məhdudlaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulmur”, - Əmrullayev qeyd edib. **
X.Nəsirzadə