2003-cü ildən 2020-ci il oktyabrın 1-dək Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin ümumi həcmi 108 milyard 792,8 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“Həmçinin, 2020-ci ilin yanvar-sentyabr aylarında ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 8 milyard 852,5 milyon manat təşkil edib”, - Fonddan bildirilir.
ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.
ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.**
N.Abbasova