RF prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin Ermənistan və Azərbaycan rəhbərlikləri ilə təmaslar zamanı tanınmayan Dağlıq Qarabağda münaqişə zonasına rusiyalı sülhməramlıların daxil edilməsini təklif edibmi sualına cavab verməkdən çəkinib.
Bu barədə Kremlin nümayəndəsinə jurnalistlərlə üniyyət zamanı sual verilib.
“Prezidentin Bakı və İrəvandakı rəhbərlik ilə təmasları zamanı mümkün nizamlanma ilə bağlı aspektlərin ən geniş dairəsinə toxunulur”, - Peskov qeyd edib.
Eyni zamanda, o vurğulayıb ki, “istənilən sülhməramlılar münaqişə zonasına yalnız hər iki tərəfin arzılığı ilə daxil edilir”.
Münaqişənin bütün tərəflərinin razılığı olarsa Rusiya əvvəlki kimi, öz sülhməramlılarını göndərməyə hazırdırmı sualına Peskov cavabında: “Mən burada hər hansı ventual fikirlər səsləndirmək istəməzdim” deyib. **