İlin əvvəlindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 3,4% artıb. Bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
“2020-ci il ərzində AMB-nin ehtiyatları artım nümayiş etdirib, hazırda bu artım 3,4% təşkil edir. Lakin, istsina olunmur ki, ölkədəki iqtisadi proseslər bu vəsaiti bazara yönəltmək zərurəti yarada bilər. Buna görə, 2020-ci ilin sonuna biz valyuta ehtiyatlarının stabild səviyyəsini və ya bir qədər artımını gözləyirik”, - Rüstəmov cümə günü brifinqdə bildirib.
Həmçinin, AMB-nin sədri qeyd edib ki, hazırda ölkənin valyuta ehtiyaları $50 milyarddan artıqdır, bu da ÜDM-in 100%-dən çox təşkil edir.
“İlin əvvəlindən neftin ucuz qiyməti ilə əlaqədar kontrsiklik siyasət həyata keçirlir, bununla əlaqədar valyuta ehtiyatları, ilk növbədə ARDNF-nin ehtiyatları bir qədər azalıb. ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi də artırılıb. Bu səbəbdən, bir qədər, lakin cüzi azalma müşahidə olunur”, - Rüstəmov qeyd edib. **
Ə.Məmmədov