Azərbaycanda mülki vətəndaşlar və hərbi qulluqçulara qarşı Ermənistanın törətdiyi cinyətlərlə bağlı 52 cinayət işi başlanıb. Bunu baş prokuror Kamran Əliyev deyib.
“27 sentyabr tarixindən başlayaraq Azərbaycanda mülki vətəndaşlar və hərbi qulluqçulara qarşı Ermənistanın törətdiyi cinyətlərlə bağlı 52 cinayət işi başlanıb. 45 cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində istintaq edilir”, - Əliyev cümə günü Bakıda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, 39 cinayət işi raket zərbələrinin əhalinin yaşadığı məntəqələrə və strateji obyektlərə vurulması ilə bağlı, 5 cinayət işi muzdluların Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı, bir cinayət işi tarixi abidələrin məhv edilməsi və ekologiyaya böyük zərərin vurulması ilə bağlı başlanıb.
“Bundan başqa, muzdluların döyüş əməliyyatlarında iştirakı və əsir düşmüş hərbçilərə qarşı qeyri-insani rəftarla bağlı 3 cinayət işi DTX-nın Baş İstintaq İdarəsi tərəfindən, 4 cinayət işi Hərbi prokurorluqda başlanıb”, - baş prokuror bildirib. **
B.Rüstəmbəyov