Azərbaycanda koronavirus infeksiyasına daha 1022 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 54 min 174-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib, ölənlərin ümumi sayı 718 nəfərə çatıb.
Virusa yoluxmuş 42 min 996 nəfər (sutka ərzində +480) müalicə olunaraq sağalıb.
“10 min 460 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10,179 min, hazırkı dövrədək isə 1 milyon 341 min 466 test aparılıb.**
X.Nəsirzadə