Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlara cəlb olunmuş xarici vətəndaşlar barəsində beynəlxalq axtarış elan edib. Bunu Baş prokuror Kamran Əliyev deyib.
Cümə günü brifinqdə Əliyev Dağlıq Qarabağda hərbi əməliyyatlarda fəal iştirak edən və Azərbacanın işöal olunmuş ərazilərində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak məqsədilə digər muzdluların cəlb edilməsi ilə məşğul olan Gürcüstan, Fransa, ABŞ və Belarusun bir sıra vətəndaşlarının adlarını dərc edib.
“Btün bu şəxslər barədə beynəlxalq axtarış elan edilib”, - o vurğulayıb.
Baş prokuror qeyd edib ki, bütövlükdə Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan tərəfində muzdluların iştirakı faktı ilə bağlı 6 cinayət işi başlanıb.
“O cümlədən, gələcəkdə Yunanıstan, Livan, Suriya vətəndaşları olan digər muzdlular barəsində də istintaq tədbirləri aparılacaq, həmçinin materillar toplanacaq”, - baş prokuror vurğulayıb.
Əliyev əlavə edib ki, Qarabağ separatçılarının “lideri” Araik Arutunyan, keçmiş müdafiə naziri Cəlal Arutunyan və digər şəxslər barəsində Azərbaycanın mülki şəxsləri və hərbi qulluqçularına qarşı cinayətlərə görə müxtəlif maddələr ilə ittihamlar irli sürülüb. “Həmin şəxslər beynəlxalq axtarışa elan edilib”, - baş prokuror bildirib. **
X.Nəsirzadə