Türkiyənin qərb sahillərində güclü zəlzələ nəticəsində 20-dək yaşayış binasına ziyan dəyib. Bu barədə Anadolu agentliyi İzmir bələdiyyəsinin başçısı Tunç Soyerə istinadən məlumat verir.
Öncə Türkiyə DİN məlumat verib ki, ilkin məlumata əsasən, İzmirdə yeraltı təkanlar nəticəsində 6 yaşayış binası dağılıb.
Qeyd olunur ki, zəlzələ İstanbulda da hiss olunub. **