“PAŞA Həyat Sığorta” şirkəti 2020-ci ilin yanvar-sentyabr aylarında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Sığorta” 194,018 milyon manat və ya 2020-ci ilin yanvar-sentyabr aylarında bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 33,4%-i həcmində sığorta haqqı toplayıb.
Birinci yarımillikdə həyat sığortası seqmentində sığorta haqlarının həcminə görə “PAŞA Həyat Sığorta” şirkəti liderdir. İkinci yerdə "Atəşgah Həyat" (31,2 milyon manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (11,904 milyon manat) qərarlaşıb. Hesabat dövründə “Xalq Həyat Sığorta” 2,173 milyon manat sığorta haqqı toplayıb.
Qeyri-həyat sığortası seqmentində “PAŞA Sığorta” yenidən lider olub. Şirkətin yığımları 134,766 milyon manat və ya sektorun ümumi yığılan sığorta haqqlarının 23,2%-ni təşkil edib.
Bu dövrdə sığorta haqlarının yığım həcminə görə beşliyə “Azərsığorta” (44,362 milyon manat), “Mega Sığorta” (25,658 milyon manat), “Qala Sığorta” (24,632 milyon manat), “Xalq Sığorta” (21,781 milyon manat) və daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 84,3%-i və ya 490,496 milyon manat bu 9 şirkətin payına düşüb.
Yanvar-sentyabr aylarında sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 153,374 milyon manat və ya sığortaçıların bütün ödənişlərinin 49,8%-ni təşkil edib.
“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (30,627 milyon manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (1,939 milyon manat) qərarlaşıb. Bu dövrdə “Xalq Həyat Sığorta” şirkəti sığorta ödənişləri həyata keçirməyib.
Öz növbəsində, “PAŞA Sığorta” şirkəti qeyri-həyat sığortası seqmentində ödənişlər üzrə lider olub (52,894 milyon manat). Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə “Xalq Sığorta” (12,448 milyon manat), “Atəşgah” (11,354 milyon manat), "Azərsığorta" (10,327 milyon manat) və “AtaSığorta” (6,625 milyon manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 90,8%-i və ya 279,588 milyon manat bu 8 şirkətin payına düşüb.
Beləliklə, 2020-ci ilin yanvar-sentyabr aylarında “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” bazar üzrə bütün sığorta haqlarının 56,5%-ni toplayıblar. Ödənişlərdə şirkətlərin xüsusi çəkisi 67% təşkil edib.
2020-ci il sentyabrın sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.**
Ə.Məmmədov