Oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev İzmirdə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Prezident Əliyev Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.
“Hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır”, - Əliyev bildriib.
Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə Əliyevə minnətdarlığını bildirib. **
B.Rüstəmbəyov