Türkiyə və Yunanıstan XİN başçıları Mövlud Çavuşoğlu və Nikos Dendias telefon danışığı zamanı qarşılıqlı dəstək ifadə ediblər İzmirdə zəlzələdən sonra biri-birinə kömək etməyə söz veriblər.
“Yunanıstanın xarici işlər naziri Nikos Dendias nazir Çavuşoğluya telefonla zəng vurub. Hər iki nazir zərurət yaranacağı halda biri-birinə kömək etməyə hazır olduqlarını vurğulayıblar”, - Türkiyə XİN-in məlumatında qeyd olunur. **