İzmirdə baş vermiş zəlzələ göstərdi ki, siyasi fikir ayrılıqlarına baxmayaraq, Türkiyə və Yunanıstan yaxındırlar vəı biri-birinə kömək etməyə hazırdılar. Türkiyə prezidentinin administrasiyasının kommunikasiyalar üzrə departamentinin rəhbəri Fəxrəddin Altun belə hesab edir.
“Bu faciə siyasi məsələlərdə fikir ayrıllıqlarımıza baxmayaraq, nə dərəcədə yaxın olduğumuzu bir daha bizə xatırlatdı. Əgər Yunanıstanın buna ehtiyacı varsa, biz köməklik etməyə hazırıq”, - Altun Twitter hesabında yazıb.
O qeyd edib ki, Ankara həm Türkiyədə, həm də Yunanıstanda həlak olanların ailələrinə başsağlığı verib. **