Rusiya prezidenti Vladimir Putin Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana başsağlığı verib.
“Hörmətli cənab prezident, İzmir əyalətində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və miqyaslı dağıntılar ilə əlaqədar başsağlığı verirəm. Həlak olanların doğmaları və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, fəlakət nəticəsində xəsarət alanlara isə tezliklə şəfa diləyirəm”, - Kremlin mətbuat xidməti başsağlığı məktubunun mətnini yayıb. **