“Franck Muller" saat şirkətinin həmtəsisçisi, erməni əsilli iş adamı Vardan Sirmakes Azərbaycanın işğal olnumuş ərazilərində qanunsuz qızıl axtarışı ilə məşğul olub. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
"Franck Muller” saatlarının banisi Vardan Sirmakes Ermənistan tərəfindən Azərbaycanın işğal olnumuş Kəlbəcər rayonunda və Zəngilan rayonunun Vejnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub. Bizdə Sirmakesə qarşı cinayət işinin başladılması üçün yerlərdə daha çox fakt olacaq”, - Hacıyev Twitter hesabında yazıb.
20 oktyabr 2020-ci il tarixində Azərbaycan prezdenti İlham Əliyev Ermənistanla sərhəddə Zəngilan şəhərinin erməni işğalından azad olunduğunu elan edib.
Azərbaycan hökuməti ilə “Anglo-Asian Mining” şirkəti arasında imzalanan Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə əsasən, şirkətin Əmirbəyli kəndi və Ağbənd qəsəbəsi yaxınlığında yerləşən “Vejnəli” qızıl yatağını istismar etmək hüququ var. **
N.Abbasova