Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında Qarabağ nizamlanması məsələsi ilə əlaqədar Cenevrədə keçirilən görüş başa çatıb.
“Görüş başa çatıb”, - Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan “İnterfaks”a bildirib.
Nazirlərin görüşü altı saatdan artıq davam edib.
Naqdalyan görüşün təfərrüatları barədə məlumat verməyib.
Bundan öncə XİN başçıları ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər. **