İrəvan hələlik kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməyib. Bu barədə “İnterfaks”a KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov şənbə günü məlumat verib.
“İndiyədək Ermənistan tərəfindən kömək üçün KTMT-nin katibliyinə heç bir müraciət daxil olmayıb”, - o bildirib.
Şənbə günü Ermənistan XİN-dən məlumat verilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəsizliyin təminatında köməklik göstərmək ilə bağlı məsləhətləşmələrə başlamaq xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib. **