Şənbə günü Rusiya XİN Ermənistanın baş naziri Nikol Paşinyanın RF Prezidenti Vladimir Putinə müraciəti ilə əlaqədar bəyanatla çıxış edib. Bəyanatda Rusiyanın Ermənistana dair müttəfiqlik öhdəliklərinə sadiqliyi təsdiq olunur.
“Müqaviləyə əsasən, əgər döyüşlər bilavasitə Ermənistan ərazisinə keçərsə, Rusiya İrəvana bütün zəruri köməkliyini göstərəcək”, - XİN-in saytındakı bəyanatda deyilir. **