Rusiya Dağlıq Qarabağ münaqişəsinə Ermənistan tərəfində hərbi müdaxiləyə getməyəcək, o cümlədən hərbi əməliyyatlar zonasına rusiyalı sülhməramlıların göndərilməsi az ehtimal olunur. Rusiyalı ekspert, istefada olan general-leytenant Yevgeni Bujinski belə hesab edir.
“Rusiyanın hərbi iştirakını istisna edirəm. Azərbaycan Rusiya üçün çox vacibdir, onunla və Türkiyə ilə müharibəyə başlamaz”, - şənbə günü Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq-Müqavilə İdarəsininkeçmiş rəisi Bujinski “İnterfaks”a bildirib.