Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur. Bunu AzərbaycanPrezidentininköməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdeyib.
“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistan ərazisində hərbi hədəfləri yoxdur. Azərbaycan Ordusu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edir”, - Hacıyevin bəyanatında deyilir.
O qeyd edib ki, beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları tərəfindən bəyan edilib ki, Ermənistan ərazisindən və işğal olunmuş ərazilərdən ballistik, qadağan edilmiş kasetli reaktiv raketlər və ağır artilleriya ilə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Naftalan, Daşkəsən Qəbələ, Kürdəmir, Siyəzən, Xızı şəhər və rayonları bombardman edilib.
“Bu raket hücumları nəticəsində sıralarında 11 azyaşlı uşaq, 27 qadın olmaqla, 91 nəfər mülki insan həlak olub, 400-dən artıq mülki şəxs yaralanıb. Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edilərək Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır. Bu dözülməzdir”, - Hacıyev qeyd edib. **
X.Nəsirzadə